Azərbaycanda hər il “5 Avqust – Hərbi Donanma Günü”nün qeyd olunması münasibəti ilə “Qala Sığorta” və “Qala Həyat” şirkəti könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində hərbi donanmada çalışan bütün işçilər üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.

 

Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

 

Kampaniya 10 avqust tarixinədək qüvvədədir.

 

Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.

 

Qeyd edək ki, “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.

 

“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi hərbi dəniz qüvvələrində çalışan bütün dənizçilərin bayramını təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayır.