“Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, Pərviz Rzayevdir.

O, bundan “Günay Sığorta”nın İH-nin üzvü olub və yeni vəzifəsində Hikmət Salmanovu əvəz edib. Keçmiş sədr bundan sonra İH-nin üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,48 %-i Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21,62 %-i isə “Günay Bank”a məxsusdur.