“Günay Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Şirkətin rəsmi saytında bildirilir ki, Kənan Əskərov şirkətin İdarə Heyətinin sədrinin vəzifəsini icra edən təyin edilib. K.Əskərov vəzifəsinin icrasına bu ilin avqust ayının 1-dən başlayıb.

 

Qeyd edək i, ötən dekabr ayının 1-dən etibarən  Kənan Əsgərov şirkətin İdarə heyətinin sədr müavini təyin edilmişdi.

 

İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra etmiş Eldar Axundov isə öz istəyi ilə şirkətdən uzaqlaşıb.

 

Yeni heyətlə şirkətin İdarə Heyəti aşağıdakı kimi formalaşıb: K.Əskərov – İdarə Heyəti sədrinin vəzifəsini icra edən, İlkin Mirzəyev – İdarə Heyətinin sədr müavini və Vüqar Rəcəbov – İdarə Heyətinin üzvü kimi təsdiq edilib.

 

Qeyd edək ki, K.Əskərov yeni təyinatından əvvəl şirkətin idarə heyətinin sədr müavini vəzifəsini icra edib.

 

 

 

© Fed