Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə,  Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az