Bu gündən “Bakı Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100E ünvanından Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanına köçürülüb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,98%-i “Bank Respublika” ASC-yə, 42,02%-i isə “Diamond Motors”, “Subaru Azərbaycan” və “Yeni Motor” MMC-lərə, eləcə də 2 fiziki şəxsə – Murad Arif oğlu Rəhimova və Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.