Yusif Soltanov “Azsığorta” ASC-nin İdarə Heyətinin sədri təyin olunub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, daha öncə şirkətdə İdarə Heyətinin sədri vəzifəsini icra edən Natiq Namazov öz müraciəti əsasında işdən ayrılıb.

Yusif Soltanov 2015-ci ildən “Azsığorta”da çalışır. O, 2018-ci ildə Cəmiyyətin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Y.Soltanov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil almış, eyni zamanda Belarus Respublikası Mülki Müdafiə Universitetini Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.

Xatırladaq ki, “Azsığorta”nın Direktorlar Şurasının sədri Viladi Maniyevdir.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.