“Azsığorta” ASC-nin İdarə Heyətinə (İH) daha bir sədr müavini təyin edilib.

“Report”a daxil olan məlumata görə, bu, Yusif Soltanovdur.

O, indiyə qədər şirkətdə Satış və Əmlak sığortası Departamentlərinin direktoru, Strateji əlaqələr blokunun rəhbəri, satış rəhbəri vəzifələrində çalışıb.

Hazırda “Azsığorta”nın İH-nə Anar Talıbov rəhbərlik edir. Onun digər müavini isə Zöhrab Şirinovdur.