“Azsığorta” şirkəti yeni “Yarı qiymətə KASKO” məhsulu üzrə irihəcmli sığorta ödənişini həyata keçirib.
İsmayıllı-Şəki yolunun 76-cı km-də hərəkətdə olan “Hyundai” markalı avtomobilin qarşısına çıxan 3 baş iribuynuzlu heyvana çırpılması nəticəsində yol nəqliyyat  hadisəsi baş verib. Şirkət avtomobilə dəymiş ziyanı qarşılayaraq, 11 256 manat dəyərində sığorta ödənişi edib.
Sözügedən məhsul bu il bazara təklif olunmağa başlayıb və müştəri sığorta haqqının yarısını ödəməklə bu məhsulu əldə edə bilir. Digər yarısını isə hadisə olduğu zaman azadolma məbləği olaraq ödəyir.

 

Qeyd edək ki, “Bakcell Ulduzum”la “Yarı qiymətə KASKO” məhsulunu əldə etmək indi daha sərfəlidir. Ulduzum abunəçiləri bu məhsulu alarkən, sığorta haqqının 10%-i həcmində məbləği mobil nömrənin balansına hədiyyə olaraq qazanacaqlar.

Bu il “Azsığorta” şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.

“Azsığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.