“Azsığorta” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Azsığorta”nın 78 min 240 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 6 iyul 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.

Onu da qeyd edək ki, “Azsığorta” ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2018-ci ilə nisbətən 82,55% azdır.