“AzSığorta” şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri ərazisində yerləşən ofis binasına çəkilmiş elektrik xətlərinin qısa qapanması nəticəsində yanğın hadisəsi baş verib. “AzSığorta” şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 150 689 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu il AZSIĞORTA şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900 və 234 856 manat sığorta ödənişi həyata keçirib.

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.