Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən qarışıq maliyyə risklərinin sığortası(işin dayanması ilə bağlı risklərdən sığorta) üzrə bu ilin yanvar ayı ərzində 1,3 min manat həcmində sığorta haqqı yığılıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə həmin sığorta növü üzrə 13,2 min manat sığorta ödənişi həyata keçirilib.

Bildirək ki, adıçəkilən növ üzrə sığorta haqlarında ötən ilin  eyni ayı ilə müqayisədə 40,9% azalma qeydə alınıb.

AMB-nin məlumatına əsasən, 2019-cu ildə bu sığorta növü şirkətlərin ümumi sığorta haqları 321,5 min manat təşkil edib.

Qeyd edək ki, AMB-nin saytında məlumatların açıqlandığı 2016-2019-cu illər ərzində bu sığorta növü üzrə ödəniş həyata keçirilməyib.