“A-Qroup” sığorta şirkəti 2016-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, bu ilin üç ayının maliyyə hesabatına əsasən sığorta haqlarının həcmi 45%  və ya 500 443 manat artaraq 1 621 331 manat təşkil edib. Ötən ilin eyni dövründə isə sığorta şirkəti   1 120 883 sığorta haqqı toplaya bilmişdi.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi könüllü tibbi sığorta növü üzrə (1 482 094 manat) toplanıb. Şirkətdən bildirilib ki, kasko üzrə sığorta haqları 22%, əmlak üzrə 33%, səyahət sığortası üzrə isə 6% artıb.
Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
“A-Qroup” sığortalı müştərilərinə 2017-ci ilin birinci rübündə    1 736 773 manat sığorta ödənişi verib. Sığorta yığımları ilə yanaşı, şirkətin ödənişlərinin böyük qismi könüllü tibbi sığortanın payına düşüb. “A-Qroup”un tibbi sığorta növü üzrə ödəniş xəcrləri 1 707 267manat təşkil edib. Sığorta şirkəti ortalama olaraq birinci rübdə hər gün müştərilərinə 20 000 manat ödəniş edib.