Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 10 101,2 min manat sığorta haqqı yığılıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 70%-ə yaxın artım deməkdir.

Bu müddətdə adıçəkilən sığorta növü üzrə ödənişlərin həcmi də 98% artaraq 306,6 min manatdan 606,6 min manata yüksəlib.

Qeyd edək ki, bütün sığorta növləri üzrə isə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53%-ə yaxın artaraq 26 185 min manata yüksəlib.