Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə “Report”a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar sentyabrın 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, könüllü müraciət əsasında Hənəfiyev Seymur Natiq oğluna verilmiş sığorta agenti lisenziyası ləğv olunub.