Azərbaycan Mərkəzi Bankı (AMB) 28 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının bərpa edib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar mayın 11-də, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.