Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni icraçı direktor təyin edilib.

Bu barədə Trend-ə icraçı direktorun müşaviri Məmməd Ağayev bildirib.

Bu vəzifəyə Elmar Mirsalayev təyin olunub.

Qeyd edək ki, E.Mirsalayev bundan əvvəl “Atəşgah Sığorta” şirkətində İtkilərin tənzimlənməsi idarəsinin rəisi işləyib.