“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
“Report”un məlumatına görə, bu vəzifəyə şirkətin İH-nin sədr müavini Kamran Babayev gətirilib.
O, yeni vəzifəsində Uğur Çağları əvəz edib. Keçmiş sədrin isə ASS-nin Direktorlar Şurasında fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.