Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlərindən daha birinin lisenziyasını ləğv edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, söhbət fiziki şəxs Həşimov Vasif Atamalı oğluna 8 may 2012-ci ildə verilmiş 000654 nömrəli lisenziyadan gedir.