“AXA Mbask” Sığorta Şirkəti ASC bu ilin 1-ci yarısını 98 min manat xalis zərərlə başa vurub.

 

Sığorta şirkətinin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78% azdır.

 

GƏLİRLƏRİN KƏSKİN AZALIB

 

Cari ilin 6 ayı ərzində “AXA Mbask”ın gəlirləri 11 milyon 732 min manat, xərcləri isə 11 milyon 830 min manat təşkil edib. Ötən ilin yanvar-iyun dövründə şirkətin cəmi gəlirləri 27 milyon 339 min manat, cəmi xərcləri isə 27 milyon 707 min manat təşkil etmişdi.

 

Bu il iyulun 1-nə “AXA Mbask”ın aktivləri 37 milyon 595 min manat olub ki, bu da illik müqayisədə 4,25% çoxdur.

 

Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 9,65% azalaraq 14 milyon 890 min manata düşüb, balans kapitalı isə 15,95% artaraq 22 milyon 705 min manata, o cümlədən nizamnamə kapitalı 21,3% artaraq 23 milyon 934 min manata çatıb.

 

 

© Renkinq