Bir qədər əvvəl sahibini dəyişmiş “AXA Mbask” sığorta şirkətinə rəhbərlik edəcək şəxsin adı məlum olub.

 

Yaxın günlərdən etibarən şirkətə Elşad Əliyevin rəhbərlik edəcəyi bildirilir.
Elşad Əliyev indiyədək Beynəlxalq Sığorta Şirkətində  və hazırda fəaliyyətini dayandırmış «Alfa sığorta» şirkətində direktorlar şurasının sədri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 1992-ci ildə MBASK Sığorta Şirkəti adı ilə yaradılan şirkət 2010-cu ildə Fransanın AXA şirkətinə satılıb. Amma Azərbaycanda 7 il fəaliyyət göstərən şirkət 2018-ci ilin fevralında bazarı tərk etməyi qərara alıb.  Şirkətin əvvəlki sahib olan məşhur biznesmen (Unibankın da əsas səhmdarıdır), bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli Fransanın “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edib.
Şirkətin səhmdarının dəyişməsindən sonra burada kadr dəyişiklikləri də başlayıb, AXA-nın kadrları yerli kadrlarla əvəz edilir.

FED