Azərbaycanda böyük geriləmənin olduğu sığorta şirkətlərindən biri də “AXA MBASK” Sığorta Şirkətidir.

Şirkət bazar payını itirməkdə davam edir. Belə ki, “AXA MBASK” 2017-ci ilin 10 ayında 19 milyon 201 min manat sığorta haqları toplamışdı. Bu rəqəm 2018-ci ilin 10 ayının yekununda 15 milyon 899 min manata düşüb. Bu da 17,2% azalma deməkdir.

“AXA MBASK” 2016-ci ilin 10 ayında 18 milyon 553 min manat sığorta haqları toplamışdı. “AXA MBASK”ın sığorta ödənişləri də azalıb. Sığorta ödənişləri 2017-ci ilin yanvar – oktyabr dövründəki 10 milyon 492 min manatdan 8 milyon 42 min manata düşüb (23,3% azalma).

Mənbə: Marja