Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “AtaSığorta” şirkəti nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə növbəti iri həcmli ödənişini açıqlayıb.

Şirkətin Biznesin İnkişafı Departamentindən FED.az-a verilən məlumata görə, şəxsi avtomobilini  “AtaSığorta” şirkətində KASKO sığortası məhsulu üzrə sığortalayan müştəri baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərlə üzləşib.

Nəticədə, “AtaSığorta” şirkəti müvafiq zərəri qarşılayaraq müştərisinə 41 530 manat  həcmində sığorta ödənişi həyata keçirib.

Xatırladaq ki, cari ilin 10 ayı ərzində “AtaSığorta” şirkəti tərəfindən nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə müştərilərə ümumilikdə 600 000  manatdan artıq ödəniş verilib.

Qeyd edək ki, sığorta ödənişlərinin qanunvericiliyə uyğun qaydada və operativ şəkildə həyata keçirilməsi müştərilər tərəfindən sığorta şirkətinə olan inamın daha bir göstəricisi hesab olunur.

Xatırladaq ki, Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.