“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işdən çıxıb.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, Tural Abbas oğlu Ağayevdir.

2008-ci ildən “Atəşgah Sığorta”da işləyən T.Ağayevin yerinə hələ təyinat olmayıb.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.