“Atəşgah” sığorta şirkəti mediada “Atəşgah Sığorta Agentliyi” MMC –nin ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Şirkətdən Fins.az-a verilən məlumata görə, digər 2 şirkətin fəlaiyyətində dəyişiklik yoxdur:
“Bir sıra kütləvi informasiya vasitələrində “Atəşgah Sığorta Agentliyi” MMC –nin ləğvinə dair yayımlanan elanla əlaqədar bildirmək istərdik ki, bu məlumatın  “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinə heç bir aidiyyatı yoxdur. Hər iki şirkətin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Şirkətlərin iş rejimi bazar ertəsi – cümə günləri saat 9.00-dan 18.00-dək davam edir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə nahar fasiləsi zamanı da xidmət göstərilir”.
Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında liderlərdəndir. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” SQ regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.