Uzun tarixi fasilədən sonra ayağa qalxaraq, işğal altındakı torpaqları azad etdik və bu hadisənin şahidləri ilə yanaşı təəssüf ki, şəhidləri də var – tarixi yenidən yazan, xalqını və dövlətini məğlubdan qalibə çevirən igidlər.

Qarabağ və Şəhidlərə həsr olunmuş unikal fotobank olan “Karabakh Life” platforması 2021-ci ildən etibarən fəaliyyət göstərir. Son 3 il ərzində Vətən uğrunda canından keçən şəhidlərin məlumatları bu platformaya yerləşdirilir. Antiterror əməliyyatında şəhid olmuş igidlərin məlumatları da artıq əlavə olunub. Zəfər tariximizin qürur səhifələrini karabakhlife.az veb-saytından izləyə, öyrənə və öz əlavələrinizi edə bilərsiniz.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də Qarabağla bağlı məlumatların bir yerə toplanılması və yayılması məqsədilə yaradılmış platformada hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyib zənginləşdirə bilər.

Bundan əlavə, fotobankda Qarabağın tarixi, məişəti və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alıb.

Tarixi yaşatmaqda, yaymaqda və gələcək nəsillərə ötürməkdə hamımız həmrəy olmalıyıq. Ətraflı məlumat: https://karabakhlife.az/