“Amrah Sığorta” ASC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 21A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Amrah Sığorta” 1993-cü ildə “Dəniz Biznes” adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.