Yanvar-iyun ayları ərzində sığorta şirkətləri tərəfindən 400 milyon 959 min manat məbləğində sığorta haqqı yığılıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, yarım ildə 184 milyon 843 min manat sığorta ödənişi həyata keçirilib.