Fevralın 24-də, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.
Yığıncağın gündəliyinə “A-Qrup Sığorta”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.