“A-Qroup” sığorta şirkəti səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“APA-Economics” xəbər verir ki, yığıncaq fevralın 28-də baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin illik (o cümlədən maliyyə) hesabatları, büdcəsinin yerinə yetirilməsi və sair məsələlər daxil edilib.