Azərbaycanın maliyyə bazarında hökm sürən çətin vəziyyətə baxmayaraq, “A-Group” sığorta şirkəti nizamnamə kapitalını 2 mln. manat artırdığı elan edib.

Şirkətin saytında yer alan məlumatda xəbər verilir ki, bu qərar səhmdarların yığıncağında qəbul edilib.

 Hal-hazırda şirkətin nizamnamə kapitalı 8 mln. 5 min 750 manat təşkil edir. “Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasında lazımi prosedurlardan keçəndən sonra şirkətin nizamnamə kapitalı 10 mln. manata çatacaq”, – deyə məlumatda bildirilir.
APA