2019-cu ildən icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqindən danışmaq olar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin deputatı Musa Quliyev bildirib:

“Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Gələn ildən onun əhatə dairəsinin genişlənəcəyi gözlənilir”.

Millət vəkili əlavə edib ki, ümumilikdə icbari tibbi sığorta sisteminin özünü doğrultması üçün 4-5 il vaxt lazımdır.