Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanlıb.

İllik müqayisədə 8 sığorta şirkətinin yığımlarında artım qeydə alınsa da, 12 sığorta şirkətinin yığımlarında azalma müşahidə olunub.

Yığımlarında artım qeydə alın sığorta şirkətləri: “Paşa Sığorta”, “Dövlət Sığorta Kommersiya”, “İpək Yolu”, “Xalq Sığorta”, “Qala Sığorta”, “Qala Həyat”, “A-qroup” , “Rəvan sığorta”

Yığımlarında azalma qeydə alın sığorta şirkətləri: “Paşa Həyat”, “Atəşhah həyat”, “Atəşgah”, “Meqa sığorta”, “Atasığorta”, AXA MBASK, “Standart sığorta”, “Günay sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Bakı sığorta”, “Əmrah sığorta”, “Naxçıvansığorta”.

 

@Fins.az