Bu sığorta növü islam ölkələrində yaranmasına baxmayaraq artıq dünyanın digər ölkələrində də uğurla tətbiq olunur.

Bu sözləri Qala Sığortanın idarə heyətinin sədr müavini Taleh Yunsurov bildrib. Qala Sığorta şirkətinin rəsmisinin müsahibəsini təqdim edirik.

Təkafül sığorta ilə adət etdiyimiz sığorta arasında oxşarlıq olsa da bir çox fərqliliklər də var. İstər sığorta haqqlarının yığılmasında, istər sığorta hadisələrinin tənzimlənməsi, hətta investisiya qaydalarında belə kəskin bir-birindən fərqlənən iki sığorta inistutudur. Təkafül ərəb mənşəli olan kəbələ sözündan əmələ gəlib. Mənası yardımlaşma kömək etmə deməkdir. Bu sığorta növünün tarixi 14 əsr əvvələ gedir.

Qədim zamanlarda  iki ərəb tayfası arasında əqd imzalanırdı. Belə ki, bir tayfadan birinin digərinə istəmədən təsadüfən vurduğu zərər qarşılığında yardımlaşma prinsipi əsasında fonddan istifadə olunurdu. Daha sonralar həyatın başqa sahələrində ilk əvvəl dəniz ticarətində tacirlərin başına gələn zərər təminatı,  sonralar karvan ticarəti , daha sonralar isə islam prinsiplərinə zidd olmayan əmlak saəhəsi də təkafül sığortası ilə sığortalanmağa başladı.

Təkafül sığorta ilə ənənəvi sığorta arasında fərqlər

Ənənəvi sığorta  fəlsəfəsində sığorta olunanların hər hansı qanunla qadağan olunmayan fəaliyyəti, səhəti, ,əmlakı, məsuliyyəti və sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən fəaliyyəti əmlak müdafiəsində riskin qənul edilməsi və ötürülməsi prinsipinə əsaslanan sistem başa düşülür.

Təkafüldə isə  yardımlaşma, birgə məsuliyyət, qardaşlıq, həmərylik kimi prinsiplər əsasında  zərərçəkmiş şəxsin qarşısına maliyyə təminatı  müdafiəsini  formalaşdırılan münasibətlər sistemidir.

Təküfüldə sığorta haqqı deyilən anlayış yoxdur. Sığorta haqqı kimi ödənişlər yaradılmış fonda ödənilir. Toplanan həmin haqqlar zərər çəkmiş şəxslərin əmlakına və səhətinə mütanasib qaydada ödənilir.

Təkafüldə sığorta haqqları fonda yığıldıqdan sonra  artıq qalan məbləğ iştirakçılar arasında mütanasib qaydada bölüşdürülür. Amma bu klassik sığorta fəlsəfəsində əgər zərər baş verməyibsə ödənilən sığorta haqqları sığortaçının gəliri kimi formalaşır sonradan mənfəətinə çevrilir.

Digər fərq klassik sığortada toplanan kapitalın investisiyaya yönəldilməsi nəzərdə tutulur ki, bu da bir çox hallarda sığorta bazarında da deposit şəklində banklara qoyulur.

Təkafüldə isə islam qaydalarına uyğun olaraq faiz gəlirləri olmadığı üçün  investisiya yönəldilən vəsaitlər islam qaydaları çərçivəsində olmalıdır . Əldə olunan glir də iştirakçılar arasında və fondu idarə edən operator arasında bölüşdürülür.

İlk təkafül şirkəti 1979-cu ildə Sudanda yaranıb . Hazırda dünyada 170-dən çox təkafül şirkəti və 250 dən çox təkafül pəncərəsi olan sığorta şirkəti var.  Bu tip sığorta şirkətlərindən Avropada da çoxdur.

Təkafül sistemi ilə işləyən şirkətin qazancı necə formalaşır?

Təkafül şirkəti  yarandığı tarixdən bugünə kimi bir neçə inkişaf yolu keçib və hal-hazırda müasir təkafül prinsipləri yaradan fondun yəni operatorun bir neçə modellər istiqamətində əldə etdiyi gəliri formalaşdırır.

Məsələn vəkələ formula var. Bu vasitəçilik modelidir burada klassik sığortadan fərqli olaraq operatorun qazancı əvvəlcədən razılaşdırılmış şəkildə iştirakçıların ödədiyi haqq əsasında formalaşır. Bu prinsiplə işləyən təkafül şirkəti  topladığı haqqları hansı ki, təminat üçün iştirakçılar ödədiyib . Onların sonda zərər ödənildikdən sonra qalıq nisbətində pay  götürmək səlahiyyəti və ya haqqı yoxdur eyni  zamanda toplanan haqqların investisiya yönəlməsindən gələn gəlirdəndə onun vəkalət prinsipi ilə işlədiyinə görə, gözləntisi olmur. Digər  bir geniş yayılmış model müdarə modelidir. Bu model mənfəətin  bölüşdrilməsi modelidir. Burada isə əvvəlcədən razılaşdırılmış şərtlər çərçivəsində iştirakçıların ödədiyi haqqlar sonda sığorta hadisəsi baş verdikdə iştirakçılara ödənildikdən sonra yerdə qalan qalıq həm  təkafül şirkəti həm də iştirakçılar arasında proporsional qaydada bölüşdürülməsi eyni zamanada investisiya  yönəldilmiş vəsaitdən əldə olunan gəlirin də  eyni qaydada proporsional qaydada bölüşdürülməsini  nəzərdə tutur

Üçüncü model qarışıq modeldi bu həm vəkalənin həm də müdarənin qarışıq formasıdır.  Hal-hazırda Avropa ölkələrində geniş yayılmış model sayılır. Burda operator həm qabaqcadan  iştirakçılardan haqq alır həm də fondda qalıq vəsaitin bölüşdürülməsində iştirak edir və eyni zamanda investisiyadan gələn gəlirin bölüşdürülməsində də iştirak edir.

Bu üç  prinsipdən də başqa modellər var . Amma əsas bu üç prinsip geniş yayılıb.

Artıq ənənvi sığorta da təkafülə meyillilik formalaşır. Əvvəllər  Avropa ölkələri təkafül prinsipini qəbul etməsə də sonradan onun bir çox  hissəsini həyat sığortasına tətbiq etməyə başladılar. Həyat yaşam sığortası bildiyimiz təkafülün elementlərini ehtiva edən sığorta məhsuludur. Sığorta haqqı alınır  sığortalıdan, sığorta hadisəsi baş vermədiyi təqdirdə sığorta haqqı geri qaytarılır və yaxud bu gün sığorta şirkətləri geniş şəkildə qazancın  bölüşdürülməsi prinsipini öz fəaliyyətlərində  rəhbər tuturlar. Yəni istər sığortaçı olsun istər vasitəçi olsun,  sığorta şirkətinə ötürdüyü biznes əsasında formalaşan gəlir əgər zərərsizdisə ondan əldə olunan gəlir sığortalı ilə sığortaçı vasitəçisi ilə bölüşdürülməsi nəzərdə tutulan sistem bizim sığorta şirkətlərində mövcuddur.

Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə təkafülün çox geniş şəkildə inkişafı gözlənirlir və  istisna deyil iki, artıq bütün sığorta əməliyyatları təkafülə  meyilliyə istiqamətlənir.

Təkafülün ənənəvi sığortadan əsəs fərqi riskin qəbul edilməsi və ötürülməsi ilə işləmir, əsas prinsip risqin qəbul edilməsi və bölüşdürülməsi nəzərdə tutulur. Hər şey islam  prinsiplərinə əsaslandığı üçün niyyətin saf olması  nəzərdə tutulur.

Təkafül şirkətləri  dünyada baş verən iqtisadi böhrandan heç bir zərər görməyiblər ona görə də Avropa şirkətlərinin bu istsemə maraqları artıb