“Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları 2006-2017-ci illərdə 19153 ipoteka krediti verib.

 

Fondun saytında dərc edilmiş məlumata görə, bu günədək AİF-in xətti ilə 802 mln. 695,31 min manat məbləğində ipoteka krediti verilib.

 

Son həftə ərzində agent banklar 2 mln. 542,55 min manat məbləğində ipoteka krediti verilib.

 

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

 

İnterfaks-Azərbaycan,marja.az