Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.

Qeyd edilib ki, torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 5 saylı Xaçmaz Ərazi İdarəsi 1529 17.1%
2. 1 saylı Bakı Ərazi İdarəsi 1440 16.1%
3. 4 saylı Abşeron Ərazi İdarəsi 1070 12.0%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 524 5.9%
5. 2 saylı Sumqayıt Ərazi İdarəsi 471 5.3%
6. 11 saylı Şəmkir Ərazi İdarəsi 446 5.0%
Ölkə üzrə 8946 100%