“Azərbaycan İpoteka Fondu” ASC (AİF) “Nikoil Bank” ASC-yə 13 mln manat məbləğində növbəti limit ayırıb.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Nikoil Bank” AİF-lə 2006-cı ildən sıx əməkdaşlıq edir və ipoteka kreditlərinin verilməsini və əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini aktiv şəkildə davam etdirir. Bu ilin əvvəlindən Bank dövlət xətii ilə 4 726 900 manat məbləğində ipoteka krediti verib, hazırda 1 873 750 manat məbləğində sifarişlərə baxmaqdadır. İstifadə olunmamış limitin həcmi 6 399 350 manat təşkil edir.

Dövlət ipoteka kreditləşməsinin şərtlərinə uyğun olaraq, kreditlər 30 və 25 il müddətinə, güzəştli (illik 4%-lə) və standart (ilik 8%-lə) faiz dərəcəsi ilə, maksimum 100 min manat olmaqla verilir. İlkin ödənişin məbləği daşınmaz əmlakın ümumi dəyərinin 15%-ni təşkil edir. Bu günə qədər “Nikoil Bank” 43 mln. manatdan artıq 1 134 ipoteka krediti verib.

Bankın artıq alıtncı ildir ki, ipoteka kreditlərin verilməsi üzrə ixtisaslaşmış ayrıca 8 saylı filialı fəaliyyət göstərir. Filial Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 161 ünvanında yerləşir. Telefon: (012) 981, daxili 2808, 2809. Arzu edənlər filiala birbaşa müraciət edə, eyni zamanda bütün lazımi məlumatı Bankın saytından əldə edə bilərlər (http://www.nikoil.az/az/credits/c7/).

“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olarş Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil