Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha torpaq sahəsində çoxmənzilli binalarının tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 lotdan ibarət açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderlərdə iştirak haqqı 600 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 27-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə oktyabrın 5-i, saat 14:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z yerləşən inzibati binasına təqdim edə bilərlər.

Telefon: (012) 436-38-35 (daxili: 239).

Təkliflərə oktyabrın 6-sı, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.