Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu Hövsan qəsəbəsinin qərb hissəsindəki ərazidə daha bir binanın tikintisi üçün müraciət edib.

Banker.az-ın əldə etdiyi məlumata görə,  yaşayış kompleksinin baş planı üzrə 11 nömrəli 2 girişli 9 mərtəbəli yaşayış binası tikiləcək.

Yeni tikiləcək binanın otaq sayları 1-5 arasında, tikinti ərazisinin sahəsi 18.81 hektar, tikinti sahəsi isə 708.07 m-kv olacaq. Tikintinin ümumi həcmi isə 20 871.71 m-kub təşkil edəcək.

Bina iki girişdən ibarətdir.

Qeyd edək ki, sifarişin tikinti aparmasına icazə 28 dekabrda verilib.