Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC “Turan Bank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Report” quruma istinadən xəbər verir ki, bununla da, şirkətin əməkdaşlıq etdiyi kredit təşkilatlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, indiyə qədər Agentlik törəmə şirkəti vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Bank BTB”, “Kapital Bank” və “Bank VTB Azərbaycan” ASC-lərlə əməkdaşlıq edib.