Koronavirus təhlükəsi və “ASAN xidmət”in işini dayandırması səbəbindən Azərbaycanda kirayə mənzillər üçün sənəd qəbulu da müvəqqəti dayandırılıb.

Bu barədə FED.az-a İpoteka və Kredit Zəmanət Fondundan məlumt verilib.

Bildirilir ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.