Kirayə mənzillər bağlı müraciətlərin qəbulu yanvar ayına keçirilib.

FED.az-ın əldə etdiyi məlumata görə, kirayə mənzillərlə bağlı müraciətlərin qəbulu yanvar ayında bayram günlərindən sonraya təsadüf edəcək. Belə ki, bir müddət öncə kirayə mənzillərlə bağlı müraciətlərin bu ilin sonunadək qəbuluna başlanılacağı bildirilirdi. Hazırda layihədə texniki tamamlanma işlərinin aparıldığı qeyd olunur.

Xatırladaq ki, bu ilin əvvəlində prezident İlham Əliyevin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edilib. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.