İpotekaya xitam verilən hallar genişlənir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.