“ACT Azərbaycan” 11-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Mənzil çatışmazlığı paytaxt sakinlərinin aktual problemidir. Onu həll eləmək üçün hər sakin bir yola əl atır. O yollardan biri də ipotekadır.

Rəyi soruşulmuş paytaxt sakinlərinin cəmi 3 %-i ipoteka krediti ödəyir. Kredit ödəyən respondentlərin yarısı (49%-i) aylıq 401-600 AZN ödəniş etdiyini bildirir. Respondentlərin beşdə biri (21 %) ipotekanı ödəmək üçün aylıq 201-400AZN-dən keçir. 17 % respondent isə maksimalist olmağı tərcih edib (801-1000 AZN arası). 601-800 AZN ödəniş edən respondentlər sorğuda sonuncu pillədə qərarlaşıblar (7 %).

Sorğu 11-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Fins.az