İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 31 min 472 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 640,7 milyon manat təşkil edir.