İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 39 min 557 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 212 milyon 450 min 419 manatdır.