Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 31 462 borcalana 1 640,111 milyon manat məbləğində ipoteka krediti verib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərində zəmanət verib, 413 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.