Ötən il ləğv prosesində olan bankın İpoteka və Kredit Zəmanət Fondu qarşısında yerinə yetirilməmiş öhdəliyi üzrə yaranmış 200,9 min manat vəsaitin alınması təmin edilməyib.

APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb.

Audit zamanı Himayəçilik Şurası tərəfindən Fondun strateji məqsəd və planları, habelə inkişaf istiqamətləri müvafiq qaydada təsdiq edilmədiyi də məlum olub.