Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilən ipoteka kreditləri üzrə faizlər 2013-cü ilin iyulundan bu tərəfə ən aşağı həddə düşüb.

Banker.az bu barədə Mərkəzi Bankın 1 iyun 2019-cu il tarixinə olan hesabatına istinad edir.

 

Hesabata görə, may ayı ərzində ölkədə verilən kreditlərin faiz dərəcəsi 6,49% təşkil edib. Sonuncu dəfə 2013-cü ilin iyulunda ipoteka kreditlərinin faiz dərəcəsi 6,36% təşkil etmişdi və növbəti ayda isə 6,51% qeydə alınmışdı.

Bildirək ki, 2019-cu ilin mayında ipoteka krediti üzrə ödənişlərin həcmi 351.3 mln. manat təşkil edib.