“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildiriblər ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə 22 min 638 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 40 milyon 666 min 627 manatdan çoxdur.