Son zamanlar ipoteka bazarında özəl bankların fəallığı müşahidə olunur.

Qısa fasilədən sonra banklar bu sahədə müştəri saylarını artırmağı hədəfləyir.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, hazırda daxili ipoteka kreditlərini yalnız 10-a yaxın bank təqdim edir. Dövlətin təqdim etdiyi ipoteka kreditləri 4-8 faiz olduğu halda, daxili ipoteka kreditlərində bu faizlər iki dəfədən çoxdur.

Daxili ipoteka kreditlərində müşahidə olunan daha bir hal isə bundan ibarətdir ki, banklar bu kreditləri təqdim edərkən ilkin ödəniş vəsaitini daha çox tələb edirlər. Ekspert bildirir ki, banklar bununla riskləri azaltmağa çalışırlar.

Bankların verdiyi daxili ipoteka kreditlərində nəzərəçarpacaq daha bir məqam isə bu kreditlərin həcmində azalmanın müşahidə olunmasıdır.

Onu da da qeyd edək ki, bankların ipoteka kreditləri bu qurumların daxili maliyyə imkanları nəzərə alınaraq verilir və onun şərtlərini də banklar özləri müəyyən edirlər. Ona görə bankların daxili ipoteka kreditlərinin şərtlərinə hansısa qurumun birbaşa müdaxilə imkanı yoxdur.

Xezerxeber.az